Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Cəbrayıla qayıtmaq mənim üçün mənəvi rahatlıqdır

22.07.2025 [10:47]

Xəbərin mətni

Doğma Cəbrayıla qayıtmaq mənim üçün təkcə köç deyil, həm də böyük bir mənəvi rahatlıqdır. Hər daşında, hər küçəsində tarix, iz, yaddaş var. Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl şəhərinə köç edən Şəhla Səmədova deyib.