Cəbrayıl sakini: Qarabağda yaradılan şəraiti görəndə ümidlərim böyüyür
22.07.2025 [10:52]
Xəbərin mətni
Qarabağdakı inkişafı, yaradılan şəraiti görəndə ümidlərim böyüyür, gözləntilərim çoxalır. Hiss edirəm ki, bu torpaq yenidən canlanır və biz də burada yenidən həyat quracağıq. Buna baxıb mən də işləmək, qurub-yaratmaq istəyirəm. Bu fikirləri AZƏRTAC-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köçən Famil Maqsudov deyib.