Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam və Ağdərə rayonları ərazisində baş verən yanğın nəzarətə götürülüb

23.07.2025 [14:55]

Xəbərin mətni

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb