Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda informasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23.07.2025 [15:11]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən kibertəhlükəsizliyin qorunması və kibercinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilir. Bu istiqamətdə nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi vətəndaşların onlayn dövlət xidmətlərindən yararlanmaq üçün ən çox istifadə etdikləri sistemlərin məlumat bazalarına edilən kiberhücumlara qarşı xüsusi əməliyyat keçirib.