Ağdam sakini: Sevincimin həddi-hüdudu yoxdur
25.07.2025 [10:45]
Xəbərin mətni
Sevinirəm, sevincimin həddi-hüdudu yoxdur. Ən xoşbəxt günümdür deyərdim. Atam artıq 88 yaşındadır. Onu da yurd yerinə aparmaq mənim üçün ikiqat sevinclidir. Bu səadəti bizə yaşadan hər kəsə dərin təşəkkürümü bildirirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köçən Akif Məmmədov deyib.