Azərbaycan Dövlət İnformasiya Agentliyi

87 konqresmen nə üçün ABŞ Prezidentinə müraciət etdi?

25.07.2025 [14:35]

Xəbərin mətni

Amerika Birləşmiş Ştatlarından olan 87 konqresmen Prezident Donald Trampa müraciət edib. Konqresmenlər Tramp Administrasiyasını ermənilərin Qarabağa qayıtmasına dəstək verməyə çağırıb. Müraciətin məzmunu, orada yer alan ifadələrdən aydın olan odur ki, onların bu addımı heç də hansısa humanitar məqsədlərə xidmət etmir. Bu, erməni lobbisinin amerikalı konqresmenlər vasitəsilə həyata keçirməyə çalışdığı növbəti təxribat aktıdır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırıldığı, təmasların davam etdirildiyi bir vaxtda onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI