Hacıqabulda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub
25.07.2025 [16:54]
Xəbərin mətni
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Vasif Məmmədov saxlanılıb.