Pirallahı sakinindən 42 kiloqram narkotik vasitə tutulub
25.07.2025 [17:19]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı mübarizəni davam etdirirlər. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Pirallahıda keçirilən növbəti əməliyyat zamanı 1975-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş rayon sakini Maqsud Cəfərov saxlanılıb. Ondan tərkibinə zərərli maddələr əlavə edilmiş 42 kiloqram marixuana aşkarlanıb.