Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaricdən elektromobil gətirənlərin nəzərinə

28.07.2025 [18:22]

Xəbərin mətni

Azərbaycana xaricdən gətirilən elektromobillərin idxal qiyməti ucuzlaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2025-ci ilin ilk 6 ayında ölkəmizə 929 elektromobil gətirilib ki, onların da bir ədədinin orta qiyməti 34 min ABŞ dolları olub. Bu da, ötən illə müqayisədə 7,3 min ABŞ dolları, yaxud da 17,7% ucuzlaşma deməkdir. Bəs buna səbəb nədir?