AQTA: Epizootik vəziyyət diqqət mərkəzində saxlanılır
29.07.2025 [15:00]
Xəbərin mətni
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.