Naxçıvanın 4 rayonunu əhatə edən yollar əsaslı təmir olunacaq
29.07.2025 [16:17]
Xəbərin mətni
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlanmış layihələrdən birinin tender mərhələsi başa çatıb. Tenderin qalibi Bakı şəhərində fəaliyyət göstərən “Elta Development” QSC olub. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli deyib.