Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan kinosunun yaranmasından 127 il ötür

02.08.2025 [14:05]

1898-ci il avqustun 2-si... Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını” filmi ilk dəfə nümayiş olunur. Bu görüntülərlə Azərbaycan kinosunun tarixi yazılmağa başlayır. Bir neçə il sonra, 1916-cı ildə, artıq ilk bədii film - “Neft və milyonlar səltənəti” ekranlaşdırılır.