Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Diaspor Gənclərinin Yay Düşərgəsinə ildən-ilə maraq artır

04.08.2025 [17:05]

Xəbərin mətni

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin VI Yay Düşərgəsi bu il ilk dəfə olaraq Xankəndidə keçirilir. Komitə sədri Fuad Muradov bildirib ki, düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı gənc iştirak edir. Bir həftə ərzində onlar ölkəmizdə həyata keçirilən islahatlar, Qarabağ bölgəsində gedən bərpa və quruculuq işləri haqqında məlumat alacaq, həmçinin ziyalılar, şəhid ailələrinin üzvləri, döyüş iştirakçıları, idmançılar və müxtəlif sahələrdə uğur qazanan şəxslərlə görüşəcəklər.