Prezident İlham Əliyevin Vaşinqton səfəri: Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ
07.08.2025 [17:17]
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri başlayıb. Səfər çərçivəsində iki ölkə liderinin iştirakı ilə ikitərəfli, daha sonra Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli formatda görüş nəzərdə tutulub. Gündəlikdə duran əsas mövzu isə regionda davamlı sülhün bərqərar olmasıdır.