700 bal yığan Əli İsgəndərov təhsilini “ADA” Universitetində davam etdirmək istəyir
30.07.2015 [18:52]
AZƏRTAC xəbər verir ki, bu il ən yüksək bal toplayan abituriyentlərdən biri də Əli İsgəndərovdur. II qrup üzrə imtahan verən Əli, Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 saylı məktəb-liseyi əla qiymətlərdə bitirib. Təhsilini ADA Universitetində davam etdirmək niyyətində olan Əli, seçəcəyi ixtisası hələ dəqiqləşdirməyib. Onun bir arzusu da Dövlət Proqramı ilə xaricdə təhsilini davam etdirməkdir.