Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərdə qolfkar-avtobuslar istifadəyə verilib

19.08.2025 [18:13]

Xəbərin mətni

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən qolfkar-avtobusların iş saatları ilkin olaraq14:00-dan 22:00-dək müəyyən edilib. Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir. Həmçinin, İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edir.