Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa televiziyasında ilk Avropa Oyunlarından söhbət açıldı, Azərbaycan himni səsləndi

01.08.2015 [12:03]

Fransada yaşayan Azərbaycanlı müğənni Təranə Bakou “Menu sport” telekanalında yayımlanan "İdman" verilişinin qonağı olub. Verilişdə Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarından söhbət açılıb. Canlı yayımda həmyerlimiz aparıcının xahişi ilə Azərbaycan himnindən bir bənd səsləndirib.