Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq dəyərlər

22.08.2025 [17:52]

Xəbərin mətni

Son illər Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrində yüksəliş müşahidə olunur. Mərkəzi Asiya regionu ölkələri ilə münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi xarici siyasət prioritetləri sırasında yer alır. Bu istiqamətdə Azərbaycan və Türkmənistan arasında formalaşdırılan və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan münasibətlər xüsusi olaraq vurğulanmalıdır. Xəzərin iki sahilində yerləşən bu iki ölkə sadəcə qonşu və tərəfdaş deyil, həm də ortaq tarix, dil, mədəniyyət və dəyərlərlə bir-birinə bağlıdır. Ölkələrimiz arasında 1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bu günədək münasibətlərimiz yüksələn xətlə inkişaf edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI