Qobustanda üç nəfər çayda boğulub
25.08.2025 [13:40]
Xəbərin mətni
Qobustan rayonunun Poladlı kəndində faciəli hadisə baş verib. İlkin məlumata görə, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı, qardaşı uşaqları 2010-cu il təvəllüdlü Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pir ziyarətinə gediblər. Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etməyə çalışan əmisi Rahib Cavadlı və qardaşı Teyyub Cavadlı da suda boğularaq dünyasını dəyişiblər. Hadisənin təfərrüatları və ölümün dəqiq başvermə səbəbləri araşdırılır.