Çingiz Abbasov: “30 il və 44 gün” tablosu milli qürurun şəxsi yaddaş ilə vəhdətdə olduğu ehtiram əlamətidir
25.08.2025 [14:29]
Xəbərin mətni
Azərbaycanda dünyaya gələn və boya-başa çatan incəsənət adamı taleyin hökmü ilə ölkə hüdudlarından kənarda yaşasa da, vətəni ilə bağlarını həmişəlik qoruyub saxlayır. Həmsöhbətimiz, istedadlı rəssam, uşaqlıq illəri İçərişəhərlin divarları arasında keçmiş, bu gün isə uzaq və soyuq Finlandiyada yaşayıb yaradan Çingiz Abbasov da belə insanlardan biridir. Onun şəxsi hekayələri Şuşa şəhərindən olan əcdadlarının xatirəsi ilə vəhdət təşkil edən rəsmləri fərdi kolleksiyalarda saxlanılır, şirkətlərin interyerini bəzəyir və müxtəlif qitələrin qalereyalarında sərgilənir.