Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xıdırlı sakini: 75 yaşımda doğma yurduma qayıdıram

27.08.2025 [10:52]

Xəbərin mətni

Ağdam rayonunun Xıdırlı kəndindən 1993-cü ildə, 42 yaşında çıxmağa məcbur olmuşuq. Uzun illər köçkün həyatı yaşasam da, bu gün çox sevincliyəm. Çünki 75 yaşımda doğma yurduma qayıdıram. Bu günləri bizə yaşadan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Ramiz Mahmudov söyləyib.