BDYPİ-dən kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə xəbərdarlıq
27.08.2025 [11:24]
Xəbərin mətni
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların ümumi istifadədə olan avtomobil yollarında yol hərəkəti qaydalarına riayət etmədən hərəkətinə rast gəlinir. Bu kimi hallar yollarda qəza ehtimalını artıran əsas səbəblərdəndir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.