Prezident “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsində vacib məsələlərə toxundu
27.08.2025 [15:01]
Xəbərin mətni
Bir neçə il davam edən sülh danışıqları Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonudur. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsində mühüm məqamlara toxunub. Belə ki, formal olaraq sülh sazişinin imzalanması yolunda bir əngəl qalır. Bu, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğudur. Dövlət başçısı həmin müddəaya dəyişiklik ediləcəyi təqdirdə sülh sazişinin imzalanacağını açıqlayıb.