Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmran Ağayev: Erkən aşkarlanan problem və düzgün diaqnoz müalicədə böyük rol oynayır

30.08.2025 [09:34]

Xəbərin mətni

"Böyük Qayıdış" Proqramı çərçivəsində Füzulidə məskunlaşan sakinlər, həmçinin Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində çalışanlar üçün səyyar tibbi xidmət həyata keçirdik. Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim heyəti olaraq burada əhaliyə xidmət göstərmək bizlər üçün çox xoşdur. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Füzulidə tibbi aksiya zamanı Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayev söyləyib.