Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb
30.08.2025 [09:54]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax şəhərinin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.