Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda baş verən zəncirvari yol qəzası zamanı 2 nəfər xəsarət alıb

01.09.2025 [19:49]

Xəbərin mətni

Göyçay rayonu ərazisində zəncirvari yol qəzası baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay-Bərgüşad avtomobil yolunun 3-cü kilometrliyində iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.