Tural Məmmədov: DDOS hücumu olmayan gün mövcud deyil
05.09.2025 [12:52]
Xəbərin mətni
Bu ilin birinci yarısında “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə 262,920,000 (64 faiz azalma) zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12,366,400 (5 dəfə artıb) və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 61,482 (63 faiz azalıb) zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb. Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov deyib.