Böyük qəhrəmanların oxşar hekayələri - Talassemiya Mərkəzindən REPORTAJ
05.09.2025 [16:13]
Xəbərin mətni
Azərbaycanda səhiyyənin ən mühüm istiqamətlərindən biri genetik qan xəstəlikləri ilə mübarizədir. Bu sırada ən çox rast gəlinən xəstəliklərdən biri də talassemiyadır. Dünyada “Aralıq dənizi anemiyası” adı ilə tanınan bu xəstəlik irsi xarakter daşıyır və qohum nikahlarının çox olduğu ölkələrdə geniş yayılıb. Azərbaycan xəstəliyin qarşısının alınması üçün dövlət səviyyəsində kompleks tədbirlər görən ölkələrdən biridir.