Səfir: Azərbaycan Prezidentinin Çinə səfəri iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan oldu
08.09.2025 [17:29]
Xəbərin mətni
Azərbaycan Prezidentinin bu yaxınlarda Çinə səfəri iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan olub, həmçinin dövlətlərin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini məzmunca zənginləşdirib. AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey Prezident İlham Əliyevin bu ölkəyə səfərinin yekunlarının şərhinə həsr olunmuş brifinq zamanı bildirib.