Şəki teatrı yeni mövsümü “Dar ağacı” tamaşası ilə açacaq
08.09.2025 [17:39]
Xəbərin mətni
Şəki Dövlət Dram Teatrı sentyabrın 14-nə təyin edilən yeni mövsümün açılış günündə teatrsevərlərə Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı“ pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək. Tamaşa Xalq şairinin 100 illik yubileyinə həsr olunur.