Səfir: Çin və Azərbaycan qlobal idarəetmədə islahatların aparılmasında və onun təkmilləşdirilməsində əsas qüvvədir
08.09.2025 [20:11]
Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən təşəbbüs (Qlobal İdarəetmə Təşəbbüsü - red.) müasir dünyanın ümumbəşəri istəklərinə və təxirəsalınmaz ehtiyaclarına cavab verir. O, irəli sürüldükdən dərhal sonra müxtəlif ölkələrin liderləri və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən bəyənilib və dəstəklənib. Prezident İlham Əliyev “ŞƏT plyus” formatdakı çıxışında qeyd edib ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini fəal dəstəkləyib. AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə son səfərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.