Fərid Şəfiyev: Azərbaycan çalışacaq ki, AQEM-in beynəlxalq səviyyədə institutları formalaşsın
09.09.2025 [13:24]
Xəbərin mətni
Azərbaycan 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir. AQEM çərçivəsində Beyin Mərkəzlərinin Forumu fəaliyyət göstərir və bu forumun koordinatoru Şanxayda yerləşən Beynəlxalq Əlaqələr İnstitutudur. Adətən forumun sammitləri Şanxayda keçirilir. Keçən il bizim təşəbbüsümüzlə qərar qəbul olundu ki, ilk dəfə olaraq Şanxaydan kənarda, Azərbaycanda keçirilsin. Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.