İDMAN


Taekvondoçularımız “Rio-2016”ya qədər daha üç Qran-pri yarışlarında iştirak edəcək

Birinci Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunan komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Beləliklə, taekvondo millimiz mükafat qazanan 13 ölkə arasında ən yaxşı nəticə göstərdi. Birinci Avropa Oyunlarında taekvondo üzrə ilk qızıl medal qazanan idmançımız 17 yaşlı Ayxan Tağızadə , Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq siyahısında ikinci yerdə olan, Dünya və Avropa çempionu, Avropa Oyunlarının qızıl mükafatçısı Radik İsayev AZƏRTAC-a müsahibələrində gələcək yarışlardan danışıblar.