Baş direktor: AQEM beynəlxalq əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək baxımından mühüm imkanlara malikdir
09.09.2025 [14:57]
Xəbərin mətni
Bu gün Asiya dünya əhalisinin 60 faizini təşkil edir və qlobal inkişafın mühüm mərkəzlərindən birinə çevrilib. Bununla belə, təəssüf ki, regionumuzda təhlükəsizlik problemləri hələ də qalıb. Asiyada sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi bütün dövlətlər üçün prioritet olmalıdır. Bu sözləri Beyin Mərkəzləri Forumunun 13-cü iclasının “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzulu sessiyasında Banqladeşin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun Baş direktoru İftekhar Anis deyib.