Ziyafət Əsgərov: Azərbaycan Vaşinqton razılaşması ilə yeni dünya düzəninin formalaşmasında mühüm rol oynayır
09.09.2025 [17:14]
Xəbərin mətni
Vaşinqtonda imzalanan sənədlər, xüsusilə 17 maddədən ibarət Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması dövlətimizin diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Həmin sənədin imzalanması Ermənistan tərəfindən də ABŞ-ın vasitəçiliyi və şahidliyi ilə təsdiq olunub ki, bu da beynəlxalq miqyasda sülhün, əməkdaşlığın genişlənməsi istiqamətində mühüm addımdır. Bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.