Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Vaşinqtonda əldə olunan razılaşma regionda əməkdaşlıq mühitinin yaranmasına təkan verir

09.09.2025 [17:30]

Xəbərin mətni

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru atılmış mühüm addım kimi qiymətləndirilir. Son dövrlərdə Azərbaycanın həyata keçirdiyi prinsipial və ardıcıl diplomatik siyasət, ölkə rəhbərliyinin müdrik və uzaqgörən yanaşması beynəlxalq vasitəçilərlə əməkdaşlıq çərçivəsində konkret nəticələrə gətirib çıxarıb. Vaşinqtonda əldə olunan razılaşma isə bu prosesin məntiqi davamı olaraq, regionda sabitlik və əməkdaşlıq mühitinin yaranmasına təkan verir. Bu fikirləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI