Bakıda 350-dən çox ümumi təhsil müəssisəsində “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir
11.09.2025 [15:09]
Xəbərin mətni
Bakının bütün məktəblərində fəaliyyət rəqəmsallaşdırılır, “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir. Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, Bakı şəhərində 353 məktəbdə bu layihə tətbiq edilir. Həmin məktəblər 500 mindən çox şagirdi əhatə edir.