Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ildən məktəblərdə elektron jurnallar tətbiq olunacaq - RƏSMİ

12.09.2025 [16:29]

Xəbərin mətni

Bir neçə ildir yalnız ölkə üzrə seçilmiş məktəblərdə tətbiq olunan elektron jurnallar artıq bu tədris ilindən etibarən Bakı şəhərində bütün ümumi təhsil müəssisələrində istifadəyə verilir. Layihənin məqsədi qiymətləndirmə prosesinin şəffaflığını artırmaq, sənədləşməni rəqəmsallaşdırmaq və valideynlərlə məktəbin əlaqəsini daha da əlçatan etməkdir.