Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı sakini: Bu gün çox sevincliyəm, çünki doğma torpaqlarımıza qayıtmışıq

13.09.2025 [16:45]

Xəbərin mətni

“Bu gün çox sevincliyəm, çünki doğma torpaqlarımıza qayıtmışıq. Mən buradan çıxanda 25 yaşım var idi, indi isə saçlarım ağarıb”. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bu gün Xocalı rayonunun Seyidbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Bənövşə Muradova deyib.