Azərbaycan Dövlət İnformasiya Agentliyi

Niderlandın Haaqa şəhərində “Leyli və Məcnun” operasından parçalar səsləndirilib

13.09.2025 [20:34]

Xəbərin mətni

Niderlandın Haaqa şəhərində yerləşən De Vaillant teatrının səhnəsində bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Leyli və Məcnun” operasından parçalar səsləndirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Niderlandda akreditə olunmuş diplomatik korpusun üzvləri, həmçinin müxtəlif şəhərlərdən gələn Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.