Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİİM-dən piyada keçidindən istifadə etməyən piyadalara və ara məsafəsi saxlamayan sürücülərə müraciət

17.09.2025 [14:13]

Xəbərin mətni

Piyada keçiddən istifadə etmədikdə tək özü üçün yox, yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün də real təhlükə yaradır. Məsələn, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidinin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin düzgün ara məsafəsi saxlamaması nəticəsində baş verməsini ehtimal etmək olar.