Daşbulaq sakini: Hər bir şəhid ailəsini, şəhid anasını evimizdə qonaq görmək istərdim
17.09.2025 [15:56]
Xəbərin mətni
Hər bir şəhid ailəsini, şəhid anasını evimizdə qonaq görmək istərdim. Bu torpaqlara onların övladlarının sayəsində qayıtmışıq, istərdim ki, şəhid ailələri bizə qonaq gəlsinlər. Onlar bütün Azərbaycan xalqının övladlarıdır. Bugünkü günümüzə şükürlər olsun. Bu sözləri Xocalının Daşbulaq kənd sakini İlhamə Novruzova deyib.