Özbəkistanın aparıcı ali təhsil ocağında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə auditoriya açılıb
17.09.2025 [20:33]
Xəbərin mətni
Özbəkistandakı səfirliyimizin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərindəki Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Musiqisi auditoriyası yaradılıb.