Füzulidə gerçəkləşən arzu - şəhid Ülvi Mikayılovun qəhrəmanlıqla yazılan ömür dastanı
18.09.2025 [15:53]
Xəbərin mətni
İşğaldan azad olunan torpaqlarda yenidən qurulan həyatın hər daşında, hər nəfəsində bir şəhidin izi var. Bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəmanlardan biri də Ülvi Mikayılovdur. Onun ömür yolu qısa olsa da, Vətən sevgisi, vətənpərvərliyi və şücaəti ilə yaddaşlara həkk olunub.