Çoxuşaqlı Mustafayevlər ailəsi - sevgi, təhsil və musiqi ilə dolu 9 nəfərlik ailə
19.09.2025 [14:00]
Xəbərin mətni
Yeni dərs ili başlayıb. Zərdab rayonunun Sarıqaya kəndində yaşayan Mustafayevlər ailəsində bu günlərdə bayram əhval-ruhiyyəsi hökm sürür. Belə ki, Mustafayevlərin 6-cı övladı bu il birinci sinfə qədəm qoyub. AZƏRTAC-ın bölgə müxbiri 9 nəfərlik bu xoşbəxt ailənin qonağı olub.