Kiyevdə azərbaycanlı rəssamın Zəfərin beş illiyinə həsr olunan sərgisi açılıb
20.09.2025 [16:56]
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan diasporunun fəalı, soydaşımız, rəssam Rəna Səfərovanın şəxsi sərgisinin açılışı olub. “Ukrayna məkanında Azərbaycan ruhu!” adlanan sərgidə Azərbaycanın milli atributları, geyimləri, o cümlədən Şuşaya, Qarabağa aid olan olan əsərlər Ukrayna cəmiyyətinə təqdim olunur.