Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndidə ilk Şəhər Günü münasibətilə möhtəşəm konsert və atəşfəşanlıq olub

20.09.2025 [21:30]

Xəbərin mətni

Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə Xankəndi şəhərindəki Zəfər Meydanında bayram konserti keçirilib. Konsert Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.