Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uqandanın Dövlət Prokurorluğunun direktoru: Korrupsiya, mütəşəkkil cinayətkarlıq və demokratik təsisatlar üçün təhlükələr sərhədləri aşır

22.09.2025 [13:33]

Xəbərin mətni

Bugünkü dəyirmi masa ölkələrimizin prokurorluq institutlarını birləşdirən ortaq dəyərlərin nümayişidir. Konstitusiya çərçivələrimizlə bağlı fikir mübadiləsi etməklə prokurorluğun müstəqilliyinin müxtəlif istiqamətlərdə necə möhkəmləndirilə biləcəyi barədə anlayışımızı dərinləşdirə, konstitusiyanın inkişafı və qanunun aliliyi ilə bağlı dəyərli perspektivlərə töhfə verə bilərik. Bunu Uqanda Respublikasının Dövlət Prokurorluğunun direktoru Odumbi Ceyms Over Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən dəyirmi masa formatında beynəlxalq konfransda deyib.