Azərbaycan Dövlət İnformasiya Agentliyi

Silvester Mvakitalu: Azərbaycanın Konstitusiyası respublikanın regional müstəvidə mövqeyinin gücləndirilməsinə yönəlib

22.09.2025 [16:10]

Xəbərin mətni

Azərbaycanda Konstitusiyanın qəbulundan üç onillik keçir. Azərbaycanın Konstitusiyası ölkədə milli birliyin və tərəqqinin əldə edilməsinə, o cümlədən respublikanın regional müstəvidə mövqeyinin gücləndirilməsinə yönəlib. Bu sadə deyil, yaşayan canlı bir sənəddir. Konstitusiyada ölkənin milli identikliyi, istəkləri, arzuları əks olunur. Buna görə də prokurorluq və məhkəmə orqanları üçün Konstitusiya bir çərçivə sənədi hesab olunur. Bunu Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktoru Silvester Antoni Mvakitalu "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.