Azərbaycan Dövlət İnformasiya Agentliyi

AYNA: Bir çox hallarda marşrutlar gecə saat 00:00-a qədər fəaliyyət göstərəcək

22.09.2025 [17:04]

Xəbərin mətni

Yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq. Bir çox hallarda marşrutlar gecə saat 00:00-a qədər fəaliyyət göstərəcək. Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.